Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Azərbaycan Respublikasının milli günü münasibətilə ən xoş təbriklərimi Zati-alilərinizə və Azərbaycan xalqına çatdırmaq məni şərəfləndirir və böyük, qadir Allahdan bu cür xoşbəxt münasibətlərin təkrarlanmasını, Cənabınıza cansağlığı və səadət, əziz Azərbaycan xalqına isə Zati-alilərinizin rəhbərliyi altında böyük tərəqqi və çiçəklənmə arzu edirəm.

Eyni zamanda, İslam Konfransı Təşkilatı ilə Azərbaycan Respublikası arasında yaranmış mətin əlaqələri yad etmək və İKT məqsədlərinin və müştərək islam fəaliyyətinin gücləndirilməsini həyata keçirmək naminə bu əlaqələri inkişaf etdirmək istəyimi bildirmək məni sevindirir.

Fürsətdən istifadə edərək, Zati-alilərinizin İslam Konfransı Təşkilatına və şərəfli İslam ümmətimizin övladları arasında həmrəyliyin gücləndirilməsinə yardım etmək səylərinizlə fəxr etdiyimi bildirirəm.

Cənab Prezident, ən səmimi təqdir və ehtiramımı qəbul edin.

Doktor Əbdülvahid Bilqəziz

İslam Konfransı Təşkilatının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin