Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

2002-ci il 28 may tarixli milli bayramınız münasibətilə Namibiya Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alilərinizə və Azərbaycan xalqına ən hərarətli təbriklərimi yetirmək istərdim. Bu tarixi hadisə münasibətilə, icazə verin, hökumətlərimiz və xalqlarımız arasında təşəkkül tapmış səmimi münasibətləri yüksək qiymətləndirim.

Zati-aliləri, xahiş edirəm, yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.

Sem Nuyoma

Namibiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin