Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Azərbaycanın milli bayramı – Respublika günü münasibəti ilə hərarətli və səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ölkənin Prezidenti vəzifəsində səmərəli fəaliyyətiniz Azərbaycan Respublikasının dövlətçiliyinin möhkəmlənməsinə və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə bundan sonra da kömək edəcəkdir.

İnanıram ki, xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq münasibətləri Moldova və Azərbaycanın rifahı naminə gələcəkdə də dinamik surətdə inkişaf edəcəkdir.

Əziz Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və yeni yaradıcılıq uğurları, bütün Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Vladimir VORONİN

Moldova Respublikasinin Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin