RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, Əziz Dost

Fransanın milli bayramı münasibətilə mənə göndərdiyiniz təbrik məktubunu aldım və həddindən çox məmnun oldum. Mən həmçinin iyulun 14-də Bakıda təşkil olunmuş bayram mərasimində iştirakınıza və orada çıxış etməyinizə görə Sizə minnətdlarlığımı bildirirəm.

Mən Fransa ilə Azərbaycanı bir-birinə bağlayan əlaqələrin, eləcə də bu günümüzlə uzlaşan və dinamik ticarət əlaqələrinin əla səviyyəsini razılıqla qeyd edirəm.

Mən bu dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinin tapılması üçün Sizinlə birlikdə çalışmaqdan məmnunam.

Cənab Prezident, Sizə olan çox böyük ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimi dostluq hissləri ilə,

Jak Şirak

Fransa Respublikasının Prezidenti

Paris, 6 avqust 2002-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin