Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident,

Dünyanı terrorizmdən xilas etmək kampaniyasına verdiyiniz töhfələrə görə Amerika xalqı Sizə və Azərbaycan xalqına hədsiz minnətdarlığını bildirir.

Amerika Birləşmiş Ştatları keçən il sentyabrın 11-də birbaşa hücuma məruz qalmışdır, lakin terrorizm bütün beynəlxalq aləm üçün bir təhlükədir və hər yerdə insanların sülh, azadlıq və rifah içində yaşamasına zərbə vurur. Qətiyyət və cəsarətimizlə biz bu təhlükəyə qalib gələcəyik.

Azərbaycan sülhün mühüm yolunu seçibdir. Onun xalqına layiq, azadlıq və ümid dolu gələcək gətirən bir cəmiyyət qurması üçün biz birlikdə çalışacağıq.

Səmimiyyətlə,

Corc Buş

Amerika Birləşmiş Ştatlarının Prezidenti

12 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin