Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz cənab Prezident,

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulması münasibətilə Sizə hərarətli təbriklərimi yetirirəm.

Bu boru kəməri “Azəri-Çıraq-Günəşli” neft yataqlarının inkişafının əsasını təşkil edir. Onun çəkilişi regionun neft və qaz sənayesinin əsaslı inkişafına gətirib çıxaracaq, Azərbaycan, Gürcüstan və Türkiyəni bir-birinə daha sıx bağlayacaqdır.

Mən şadam ki, “Statoyl” şirkəti bu nüfuzlu layihədə tərəfdaş kimi çıxış edir. Şirkətlərimizin ölkənizdəki fəaliyyəti bugünədək formalaşmış əla Norveç-Azərbaycan münasibətlərini daha da gücləndirəcək və bizi bütövlükdə regiona bir qədər də yaxınlaşdıracaqdır.

Təməlqoyma mərasiminə və boru kəmərinin gələcəyinə ən xoş arzularımla,

Səmimiyyətlə,

Kyel Maqne Bondevik

Norveç Krallığının Baş naziri

Oslo, 17 sentyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin