Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident, 

Dost və qardaş Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə Zati-alilərinizi və Azərbaycan xalqını türk xalqı adından və şəxsən öz adımdan səmimi duyğularla təbrik edirəm.

Zati-alilərinizin liderliyi altında Azərbaycan Respublikasının atdığı addımları Türkiyə təqdirlə izləməkdədir. Azərbaycan xalqının xoşbəxtliyi türk xalqının da xoşbəxtliyidir. Türkiyə dost və qardaş Azərbaycanın pis və yaxşı günlərində həmişə onunladır.

Ölkələrimiz arasında qurulan münasibətlərin sürətlə inkişaf edərək, bütün sahələrdə yüksək bir səviyyəyə çatması əməkdaşlığımızın təminatıdır. Əlaqələrimizin bu sağlam təməllər üzərində daha da irəlilədiyini görməkdən məmnunuq.

Fürsətdən istifadə edərək, türk xalqı adından və şəxsən öz adımdan Zati-alilərinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və yüksəliş arzularımı bir daha bildirirəm.

Əhməd Necdət Sezər

Türkiyə Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin