Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə Zati-alilərinizə və Azərbaycan xalqına hərarətli salamlarımızı və səmimi təbriklərimizi yetirməkdən böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alilərinizə cansağlığı və səadət, Azərbaycan xalqına daimi tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edəsiniz.

General Pərviz Müşərrəf

Pakistan İslam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin