RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Dost ölkənizin müstəqillik gününün ildönümü münasibətilə Zati-alilərinizə səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Sizə ən xoş arzularımı yetirir, cansağlığı və xoşbəxtlik, dost xalqınıza isə tərəqqi və firavanlıq diləyirəm.
Dərin hörmət və ehtiramla,
Məhəmməd Hüsni Mübarək
Misir Ərəb Respublikasının Prezidenti