RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Prezident,
Əziz qardaşım,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməlinin qoyulması münasibətilə Bakıya səfərimiz zamanı mənə və heyət üzvlərimizə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.
Qafqaz və Xəzər hövzəsi üçün həyati əhəmiyyət daşıyan bu layihənin Zati-alinizin bacarıqlı liderliyi altında uzun və çətin bir prosesdən sonra gerçəkləşmə mərhələsinə qədəm qoyduğu həmin tarixi mərasimə Zati-aliniz və hörmətli cənab Şevardnadze ilə birlikdə qatılmaqdan şəxsim və millətim adından böyük qürur və xoşbəxtlik duyduğumu nəzərinizə çatdırıram. Əsrin layihəsinin ortaq səylərimiz və qətiyyətimiz sayəsində nəzərdə tutulan müddətdə tamamlanması ilə qardaş ölkələrimiz arasındakı sarsılmaz bağların daha da güclənəcəyinə dərindən inanıram.
Bununla yanaşı Bakıda Zati-alinizlə həmişə olduğu kimi dost və qardaş ölkələr arasındakı münasibətlərin ruhuna uyğun olaraq keçirdiyimiz səmərəli və səmimi görüş də mənim üçün xüsusi bir sevinc mənbəyi olmuşdur. Türkiyə ikitərəfli və regional mövzularda Azərbaycanla yaxın və səmimi danışıqlara böyük önəm verir. Bu səbəbdən Bakıdakı görüşümüz də, zənn edirəm ki, ölkələrimiz arasında bütün sahələrdə dərinləşərək genişlənməkdə olan əməkdaşlığa müsbət təsir göstərəcəkdir.
Möhtərəm Prezident,
14 oktyabrda İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində yenidən görüşmək ümidi ilə Zati-ailinizə cansağlığı və səadət, dost və qardaş Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Əhməd Necdət Sezər
Türkiyə Respublikasının Prezidenti
Ankara, 4 oktyabr 2002-ci il