Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident, 

Bu həftə Xəzər dənizində qəzaya uğramış Azərbaycan gəmi - bərəsində baş vermiş faciə ilə əlaqədar mənim və Amerika xalqının səmimi başsağlığını qəbul etməyinizi xahiş edirəm. Bu faciə insan təlafatına səbəb olmuşdur və bilirəm ki, artıq bir çox Azərbaycan ailələri öz yaxınları üçün matəm saxlamağa başlayıbdır. Sizə və faciədən zərər çəkənlərin hamısına bu ağır itki ilə əlaqədar dərin kədər hissimi bildirir və yaralananların tezliklə sağalmasını arzu edirəm.

Səmimiyyətlə,

Ross Uilson

Amerika Birləşmiş Ştatlarının

Azərbaycandakı səfiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin