Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz və möhtərəm Prezidentimiz!

Sizin imzaladığınız hər bir Fərman, hər bir Sərəncam nəinki bizə, eyni zamanda bütün xalqımıza böyük sevinc və fərəh gətirir, qəlbimizi dərin minnətdarlıq və məmnunluq hissləri ilə doldurur. Bu sənədlərdə biz Sizin atalıq qayğısı ilə coşan məhəbbətinizin hərarətini, müdrik siyasətinizin təntənəsini duyuruq və bununla fəxr edirik. Xalqımızın diplomatiyası olan milli mədəniyyətimizə göstərdiyiniz daimi diqqət, bu sahənin inkişafı üçün yaratdığınız geniş imkanlar müstəqil Azərbaycanımızın mənəvi dəyərlərini dünya arenasına çıxarır, onlara böyük əbədi şöhrət qazandırır. Bunun üçün biz Sizə, Sizin dühanızın təntənəsinə borcluyuq. Sizə çox sağ olun deyirik.

Zati-aliləri!

Mənə - Musiqili Komediya Teatrının Gənc Aktrisasına respublikanın əməkdar artisti kimi yüksək fəxri ad verməyinizi gənc sənətkarlara bəslədiyiniz qayğının yeni parlaq təzahürü kimi qiymətləndirirəm və Sizə böyük minnətdarlığımı bildirirəm.

Xanım Qafarova

Azərbaycan Dövlət Musiqili Komediya

Teatrının aktrisası

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin