Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Sizin 80 yaşınız münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Nüfuzlu siyasətçi və dövlət xadimi kimi Sizin adınız müstəqil Azərbaycan Respublikasının dünyada layiqli yerini tutması və beynəlxalq birliyə daxil olması ilə qırılmaz surətdə bağlıdır.

Bolqarıstan Respublikası Azərbaycan Respublikasının regional sabitliyə və Avropa, Avroatlantik qurumlarına inteqrasiyaya istiqamətləndirilmiş xarici siyasətinin həyata keçirilməsində Sizin aparıcı rolunuzu yüksək qiymətləndirir və alqışlayır.

Xoş fürsətdən istifadə edərək, Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında olan əməkdaşlığın xalqlarımızın səadəti və bütün dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsi naminə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə inamımı ifadə edirəm.

Hörmətli cənab Prezident, yubiley gününüzdə Sizə cansağlığı, xoşbəxtlik və dost Azərbaycan xalqının firavanlığına və inkişafına yönəldilmiş yüksək məsuliyyətli fəaliyyətinizdə gələcək uğurlar arzu edirəm.

Georgi Pırvanov

Bolqarıstan Respublikasının Prezidenti

Sofiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin