Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Anadan olmağınızın 80 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çox böyük təcrübəniz, siyasi və həyat müdrikliyiniz, nüfuzunuz, ən başlıcası isə, ölkə sakinlərinin dəstəyi Azərbaycan Respublikasının Prezidenti vəzifəsi kimi məsul işdə Sizə kömək edir.

Sevindirici haldır ki, Siz ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin saxlanmasına və möhkəmlənməsinə böyük diqqət yetirirsiniz.

Hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, Sizə və yaxın adamlarınıza xoşbəxtlik, firavanlıq diləyir və ən xoş arzularımı bildirirəm.

Boris Yeltsin

Rusiya Federasiyasının birinci prezidenti

Moskva, 5 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin