Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Görkəmli dövlət xadimi və siyasi xadim kimi Sizə Rusiyada səmimi hörmət hissləri bəsləyirlər.

Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətiniz Sizə bütün dünyada geniş şöhrət qazandırmışdır.

Ölkələrimizin xalqlarını əsrlər boyu bir-birinə bağlamış və indi də bağlayan əsl dostluq, yaxın mehriban qonşuluq və qarşılıqlı etimad ənənələrinin inkişafı və möhkəmlənməsi işinə verdiyiniz töhfəni yüksək qiymətləndiririk.

Əminəm ki, əsasən, Sizin şəxsi səyləriniz sayəsində strateji tərəfdaşlıq xarakteri alan Rusiya-Azərbaycan münasibətləri Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasının ən mühüm amillərindən biri olaraq, bundan sonra da hər vasitə ilə möhkəmləndiriləcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı və səadət, yüksək və məsul vəzifənizdə uğurlar, doğmalarınıza və yaxın adamlarınıza isə xoşbəxtlik və tərəqqi arzulayıram.

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Moskva, Kreml, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin