Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu!

Başqırdıstan Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi səksən illik yubileyiniz münasibətilə təbrik edirəm!

Sizin rəhbərliyinizlə Azərbaycan səmərəli şəkildə ictimai dəyişikliklər həyata keçirir, iqtisadi, sosial və mənəvi-mədəni potensialı gücləndirir, dünya birliyinə fəal surətdə daxil olur. Müstəqil Dövlətlər Birliyində inteqrasiya proseslərinin, Rusiya Federasiyası ilə münasibətlərin möhkəmlənməsində Sizin böyük rolunuz var. Respublikalarımız arasında da sosial-iqtisadi, mənəvi-mədəni əlaqələr getdikcə daha sıx olur.

Əminəm ki, dövlət həyatının və ictimai həyatın bütün sahələrində əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, Sizə və yaxın adamlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, böyük xoşbəxtlik, firavanlıq, məsul siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Murtaza Rəhimov

Başqırdıstan Respublikasının Prezidenti

Ufa, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin