Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu! 

Anadan olmağınızın 80 illik yubileyi münasibətilə səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin.

Siz müasir dövrün görkəmli dövlət və siyasi xadimi kimi Rusiyada dərin hörmət qazanmısınız.

Sizin ölkələrimizin xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə yönəldilmiş səylərinizə xüsusi hörmət hissi ilə yanaşırıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Vyaçeslav Trubnikov

Rusiya Federasiyası xarici işlər

nazirinin birinci müavini

Moskva, 6 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin