RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu,

Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illik yubileyi münasibətilə səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından uzaqlarda çox böyük hörmətə və nüfuza malik istedadlı siyasətçi və görkəmli rəhbər kimi Sizə xas olan keyfiyyətləri Sizin və yaxın adamlarınız üçün bu fərəhli gündə xüsusi vurğulamaq istərdim.

Qəti əminəm ki, Azərbaycan Sizin şəxsinizdə özünün bütün qüvvəsini, biliyini və qəlbinin hərarətini ölkənin və onun xalqının rifahına həsr edən uzaqgörən və müdrik rəhbərə, Özbəkistan isə etibarlı dosta və tərəfdaşa malikdir. Biz ölkələrimiz arasında dostluq münasibətlərinin və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə və inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.

Əziz Heydər Əlirza oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və fəal uzun ömür, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Səmimiyyətlə,

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

Daşkənd, 7 may 2003-cü il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin