Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Müstəqil Dövlətlər Birliyinin bütün məkanında olduğu kimi, Rusiyada da Sizin bir çox mühüm tarixi hadisələrlə bir vaxta düşmüş həyat yolunuza yaxşı bələddirlər.

Əminik ki, görkəmli siyasi xadim və dövlət xadimi kimi Sizin istedadınız Rusiya və Azərbaycan xalqlarının çoxəsrlik dostluğu naminə Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafına, bu münasibətlərin təhlükəsizliyinin təmin edilməsinə və mövcud təhdidlərin qarşısının alınmasına bundan sonra da fəal kömək edəcəkdir.

Siz dünya birliyində haqlı olaraq yüksək nüfuza maliksiniz. Sizin biliyiniz, peşəkarlığınız, təcrübəniz və cərəyan edən proseslərə fəal təsir göstərməyə çalışmağınız çoxsəpkili, olduqca mürəkkəb milli, regional və qlobal səviyyəli vəzifələrin layiqli həllinə kömək etmişdir və etməkdədir. Beynəlxalq terrorizmlə mübarizə bu vəzifələr arasında xüsusi yer tutur.

Hörmətli Heydər Əlirza oğlu, Sizə və ailənizə uzun illər möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və tərəqqi arzulayırıq.

Hörmətlə,

Vladimir Ruşaylo

Rusiya Federasiyası Təhlükəsizlik

Şurasının katibi

Moskva, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin