Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

Şanlı yubileyiniz münasibətilə Sizə səmimi salamımı və ürəkdən gələn təbriklərimi göndərirəm.

Ən yüksək dövlət vəzifələrində səmərəli fəaliyyətiniz ərzində Siz Rusiya və Azərbaycan xalqlarının dərin ehtiramını qazanmısınız və haqlı olaraq Azərbaycanın tanınmış lideri, müasir dövrün görkəmli dövlət və siyasi xadimisiniz.

Moskva vilayətinin hökuməti Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyiniz yorulmaz səyləri yüksək qiymətləndirir. Sizin bu səyləriniz Moskva vilayəti ilə qardaş Azərbaycan arasında hərtərəfli və qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməyə imkan verir, münasibətlərimizin açıq və səmimi olduğunu nəzərə çarpdırır.

Möhtərəm Heydər Əlirza oğlu, icazə verin, Sizə cansağlılğı, yüksək vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, habelə Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayım.

Ən xoş diləklərlə,

Boris Qromov

Moskva vilayətinin qubernatoru

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin