Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

Şanlı yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Siz Azərbaycanın inkişafı və sabitliyi üçün hamıdan artıq və həddən çox iş görmüsünüz. Rusiyaya dost olan dövlətin başçısı kimi yüksək vəzifənizdəki fəaliyyətiniz belə bir əminlik doğurur ki, ən gözəl və tarixi cəhətdən ən əhəmiyyətli ölkələrdən biri nəinki öz ənənələrini saxlamaqda davam edir, həm də inkişaf üçün əlavə imkan alır. Müdrikliyiniz, dərin biliyiniz, yeganə düzgün qərar qəbul etmək qabiliyyətiniz haqlı olaraq Sizə siyasətçilərin böyük hörmətini və xalqın minnətdarlığını qazandırmışdır. Sizə ürəkdən cansağlığı, bütün Azərbaycan xalqına firavanlıq arzulayıram.

Hörmətlə,

Mixail Şvıdkoy

Rusiya Federasiyasının mədəniyyət

naziri

8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin