Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu, 

Yer üzündə mövcud olan çoxsaylı peşələr arasında bir peşə - böyük cəsarət və son dərəcə həyat müdrikliyi tələb edən peşə xüsusi yer tutur. Bu, tarixçi peşəsidir. Lakin, Heydər Əlirza oğlu, Siz nəinki, sadəcə olaraq, tarixçisiniz, həm də üç mühüm keyfiyyəti – tarixçi, siyasətçi, şəxsiyyət keyfiyyətlərini özündə çox gözəl təcəssüm etdirən tarixin özüsünüz. Artıq indinin özündə Siz elə şəxslər dairəsinə daxilsiniz ki, onları bütöv bir dövr kimi səciyyələndirirlər. Qoy, övladlarınızın və nəvələrinizin başı üstündə, gözəl ölkənizin səmasında nur saçan Günəş yubileyiniz günündə Sizə hədiyyə olsun. Qoy, Günəş bu gün - Heydər Əliyev dövründə parladığı kimi, uzun illər ərzində nur saçsın.

Keçmişini unudan insanın gələcəyi yoxdur. Bu, çoxdan məlum olan həqiqətdir. Əziz Heydər Əlirza oğlu, Sizi qarşıda hələ çox nailiyyətlər gözləyir. Sizin gələcəyiniz hələ yenicə başlayır.

Hörmətlə,

Valentina Matviyenko

Rusiya Federasiyası Prezidentinin Şimal-Qərb

Federal dairəsində xüsusi nümayəndəsi

8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin