RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Sizin rəhbərliyiniz altında Azərbaycan regional sabitliyin dayağına çevrilir ki, bu da qonşu ölkələr üçün çox vacibdir. Xəzər dənizinin hüquqi statusunun nizama salınması məsələlərində vədedici razılığa nail olunmuşdur.

Dövlət xadimi, uzaqgörən siyasətçi kimi ən yaxşı xüsusiyyətləriniz bütün dünyada Sizə böyük hörmət qazandırmışdır. Bütün düşüncələri və səyləri Azərbaycanın çiçəklənməsinə yönəlmiş əsl vətənpərvər kimi Sizin mövqeyiniz, haqlı olaraq Sizə həm respublikada, həm də onun hüdudlarından kənarda çoxsaylı dostlarınızın hörmətini qazandırmışdır. Böyük həyat təcrübəniz, təşkilatçılıq istedadınız, yüksək insani keyfiyyətləriniz, öz həmfikirlərinizi ətrafınızda birləşdirmək qabiliyyətiniz Sizə hər cür şəraitdə düzgün qərar qəbul etməyə və ən mürəkkəb vəzifənin öhdəsindən gəlməyə imkan verir.

Hörmətli Heydər Əlirza oğlu, bu əlamətdar gündə Sizə və əzizlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Viktor Kalyujnı

xarici işlər nazirinin müavini,

Rusiya Federasiyası Prezidentinin

Xəzərin statusunun nizama salınması

məsələləri üzrə xüsusi nümayəndəsi

8 may 2003-cü il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin