Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Allah Onu hifz etsin və qorusun!

Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu!

Böyük fərəh və sevinc hissləri ilə Zati-alilərinizə 80 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı göndərməkdən şərəf duyur, Sizə möhkəm cansağlığı və gümrahlıq, qardaş Azərbaycan xalqına uğurlar, daha böyük irəliləyiş və tərəqqi arzulayıram.

Ümidvaram ki, dövlətlərimiz və xalqlarımız arasında bütün sahələrdəki əməkdaşlıq ölkələrimizin xeyrinə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, ən səmimi salamlarımı və ali təqdirimi qəbul edin!

Fəhd bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin xadimi,

Səudiyyə Ərəbistanının məliki

Ər-Riyad, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin