Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, 

İcazə verin, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Biz Azərbaycanda Total qrupunun iştirak etdiyi layihələrin həyata keçirilməsindən məmnunuq və mən xüsusən də Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasını və bu yaxınlarda “Şahdəniz” yatağında istismar işlərinin başlanmasını sevinc hissi ilə qarşıladım.

Azərbaycanın inkişafının davam etdirilməsi və azərbaycanlılar üçün tərəqqinin əldə olunması məqsədi ilə Sizə möhkəm cansağlığı arzulayıram.

Dərin hörmət və ehtiramla,

Tyerri Demare

Total şirkətinin baş direktoru

və prezidenti

7 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin