AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
AzerTAg.az
Zati-alilərinizin ad gününü təbrik etməkdən böyük şərəf və məmnunluq hissi duyuram.
İTOÇU korporasiyası adından və şəxsən öz adımdan, Zati-alilərinizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, müstəqil Azərbaycan Respublikasının gündən-günə möhkəmlənməsi, iqtisadi qüdrətinin artması, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə səmərəli işlərinizdə səmimi qəlbdən yeni-yeni uğurlar arzuyıram.
Zati-alilərinizin və hökümətinizin İTOÇU korporasiyasına göstərdiyi daimi dəstəyə görə də Sizə öz dərin təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Sizin həyata keçirdiyiniz geniş və müdrik dövlət siyasəti sayəsində Azərbaycan və Yaponiya əlaqələri daha da genişlənib möhkəmlənəcəkdir.
Zati-alilərinizə, çox dəyərli ailənizə və bütün Azərbaycan xalqına bir daha səmimi qəlbdən xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Minoru Murofuşi
İTOÇU korporasiyasının sədri
10 may 2003-cü il
Xəbərin mətnində orfoqrafik səhv var