Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident Əliyev, 

İcazə verin, anadan olmağınızın 80 illiyi münasibətilə Zati-alilərinizi İTOÇU şirkəti adından səmimi qəlbdən təbrik edək.

Cənab Prezident! Zati-aliləriniz bütün həyatını Azərbaycan xalqının inkişafı və tərəqqisinə həsr etmiş dahi liderdir. Müdrikliyiniz və millətin tarixinin ən çətin keçid dövrlərində dövləti idarə etmək qabiliyyəti və öz xalqının mənafelərini müdafiə etmək bacarığı Sizə milyonların hörmət və ehtiramını qazandırmışdır.

İTOÇU 1996-cı ildən “Əsrin müqaviləsi”nə, daha sonra isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikinti layihəsinə qoşulmuşdur.

Zati-alilərinizin uğurla həyata keçirdiyi neft strategiyası sayəsində Azərbaycan artıq sürətli iqtisadi inkişaf və siyasi sabitlik mərhələsinə qədəm qoymuşdur. Biz bu inkişafın şahidi olmuşuq və etibarlı tərəfdaş kimi İTOÇU Azərbaycanın gələcəkdə də müvəffəqiyyətlə inkişaf etməsi naminə lazımi kömək və dəstək göstərməyə hazırdır.

Bu əlamətdar yubiley münasibətilə bir daha ən səmimi arzularımızı qəbul edin. İTOÇU Zati-alilərinizə möhkəm cansağlığı və ailənizlə bərabər xoşbəxtlik arzulayır. Azərbaycan xalqına isə tərəqqi və Zati-alilərinizin mətin rəhbərliyi altında gələcək müvəffəqiyyətlər diləyirik.

Dərin hörmətlə,

Masao Yamazaki

İTOÇU şirkətinin prezidenti və

icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin