Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, 

Simens SC Mərkəzi rəyasət heyəti adından Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edirik.

Bu tarix bir daha geriyə, Sizin Azərbaycan Respublikası naminə gördüyünüz işlərə nəzər salmaq imkanı verir. Bazar iqtisadiyyatını və demokratiyanı möhkəmləndirmək üçün həyata keçirilən uzaqgörən təşəbbüsləriniz ölkənizin gələcək iqtisadiyyatının və infrastrukturunun təməlini genişləndirmiş və regionda siyasi sabitliyin bərqərar olmasına kömək etmişdir. Bu baxımdan biz tənzimlənmiş və eyni zamanda, dinamik iqtisadi inkişafı təmin etmək üçün həyata keçirilən tədbirləri, yerli və xarici investorlar üçün əlverişli şəraitin möhkəmləndirilməsini xüsusilə qeyd etmək istərdik.

Bizdə böyük maraq oyadan daha bir amil odur ki, bu konsepsiyada ənənəvi neft-qaz sektorundan əlavə, sənayenin digər sahələrinə də mühüm yer verilmişdir.

Biz tamamilə əminik ki, əsas ixrac neft kəmərinin tikintisi və “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” neft və qaz yataqlarının istismarı ölkənizə ixracat vasitəsilə artan valyuta gəliri gətirəcək və bununla da energetika, neft kimyası, maşınqayırma, kənd təsərrüfatı və turizm kimi sahələri, habelə lazımi infrastrukturu inkişaf etdirmək imkanı verəcəkdir.

Elektrotexnika və elektronika üzrə dünya markalı istehsalçı olaraq, Simens SC ötən illərdəki kimi, bu məqsədlə öz potensialını bir daha sübut etmək istərdi. Əmin ola bilərsiniz ki, Simens SC bizim Azərbaycan nümayəndəliyi vasitəsilə həmişə Sizin etibarlı tərəfdaşınız olacaqdır.

Bu tarixdən istifadə edərək, uzunmüddətli əməkdaşlığa görə Sizə təşəkkür etmək və bundan sonra da Azərbaycan Respublikasının iqtisadiyyatı və infrastrukturunun yeniləşdirilməsi üçün əlimizdən gələni etmək istərdik.

Sizə ən xoş arzularımızı yetirir, hər şeydən əvvəl, qarşıdakı illərdə də möhkəm cansağlığı və ölkənizi müvəffəqiyyətlə idarə etmək üçün yaradıcılıq enerjisi və firavanlıq arzu edirik.

Dərin hörmətlə,

Sizin,

Henrix fon Pirer,

Folker Yunq

Simens SC Mərkəzi rəyasət

heyətinin üzvləri

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin