AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
AzerTAg.az
Əziz Heydər Əlirza oğlu,
Səksən illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Görkəmli dövlət xadimi kimi çoxşaxəli fəaliyyətiniz Sizə bütün dünyada hörmət qazandırmışdır. Müstəqil Azərbaycanın nailiyyətləri və uğurları ən çox Sizin adınızla bağlıdır.
Qarşılıqlı surətdə faydalı Tacikistan-Azərbaycan əməkdaşlığından məmnunluq duyduğumu ifadə edərək, ümidvar olduğumu bildirirəm ki, Siz ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin genişlənməsinə və dərinləşməsinə bundan sonra da kömək edəcəksiniz. Biz isə, öz tərəfimizdən, iki dövlət arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasının çiçəklənməsi naminə yeni-yeni nailiyyətlər arzu etmək istəyirəm.
Dərin hörmətlə,
Emoməli Rəhmonov
Tacikistan Respublikasının Prezidenti
Düşənbə, 6 may 2003-cü il.
Xəbərin mətnində orfoqrafik səhv var