Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

İcazə verin, Sizi səksən illik yubileyinizlə əlaqədar Azərbaycanda çalışan ChevronTexaco şirkəti adından səmimi qəlbdən təbrik edim.

Bu əlamətdar gündə biz ChevronTexaco şirkətinin Azərbaycana gətirilməsində, Azərbaycanın bütün dünyada məşhurlaşmış neft sənayesində yeni layihələrin həyata keçirilməsində, sərmayələrin qoyulması üçün hər cür şəraitin yaradılmasında Sizin böyük xidmətinizi bir daha qeyd edir, bütün bu işlərə görə Sizə öz dərin təşəkkürümüzü bildiririk.

Ümidvarıq ki, bundan sonra da Sizin dəstəyinizlə şirkətimiz Azərbaycanda uğurlu fəaliyyət göstərəcək, ölkəmizin firavan gələcəyi üçün müxtəlif layihələri həyata keçirəcəkdir.

Mən Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Con Konnor ChevronTexaco şirkətinin

Azərbaycandakı baş meneceri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin