Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

Anadan olmağınızın yubileyi münasibətilə ən səmimi və xoş təbriklərimi qəbul edin.

Rusiya, Azərbaycan Respublikası və digər MDB dövlətlərinin çoxmillətli xalqlarının dostluğu uzun illərdən bəri Sizin adınızla qırılmaz surətdə bağlıdır. Müasir Azərbaycanın uğurları və nailiyyətləri Sizin adınızla bağlıdır.

Sizin bütün çoxsəpkili fəaliyyətiniz əsl vətənpərvərliyin, öz Vətəninə məhəbbətin, öz xalqına fədakarcasına xidmətin təzahürünə parlaq nümunədir.

İcazə verin, bu əlamətdar gündə böyük Azərbaycan xalqının rəhbəri olaraq Sizin mərdliyinizə, müdrikliyinizə və istedadınıza heyran qaldığımı ifadə edim. Məhz bu keyfiyyətlər Sizə yüksək nüfuz qazanmağa və bütün dünyada tanınmağa imkan vermişdir.

Sizin şəxsi təvazökarlığınız və insanlığınız Sizə Azərbaycan xalqının və planetimizdə milyonlarla adamın çox böyük hörmət və məhəbbətini qazandırmışdır.

Çox hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, bütün planlarınızın və niyyətlərinizin həyata keçməsində yeni-yeni uğurlar və nailiyyətlər, Sizə, yaxın adamlarınıza və Azərbaycan Respublikasının bütün xalqına firavanlıq, xoşbəxtlik arzulayıram.

Səmimi hörmətlə,

Ruslan Auşev

Sovet İttifaqı Qəhrəmanı, MDB-nin üzvü

olan dövlətlərin Hökumət Başçıları

Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin

İşləri Komitəsinin sədri

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin