Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Hörmətli cənab Prezident!

Kiyevlilər, şəhərin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.

Sizin və yaxın adamlarınız üçün bu bayram günündə cansağlığı, xoşbəxtlik, firavanlıq, düşündüyünüz planların həyata keçməsini və bütün işlərinizdə uğurlar diləyən xoş arzularımızı qəbul edin. Qoy Sizin zəngin həyat təcrübəniz, yüksək peşəkarlığınız, fitri rəhbər istedadınız və siyasətçi müdrikliyiniz tarixinə artıq parlaq səhifələr yazdığınız Azərbaycanın rifahı naminə qurub-yaratmaq əməyinizdə yeni-yeni uğurlara nail olmağa hökmən kömək etsin.

Arzum budur ki, tale Sizin, habelə doğma və yaxın adamlarınızın üzünə gülsün və cansağlığı, gümrahlıq, ailə səadəti, əmin-amanlıq həyatda daim Sizin həmdəminiz olsun.

Qoy gözəl ovqat, etibarlı həmfikirlər və sadiq dostlar Sizi heç vaxt tərk etməsinlər.

Hörmətlə,

Aleksandr Omelçenko

Kiyev şəhər İcra Hakimiyyətinin başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin