Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin dövlət rəhbəri kimi istedadınız zamanı qabaqlayır və Azərbaycanın iqtisadiyyatının, infrastrukturunun və sosial sahənin inkişafı üçün hər cür şərait yaradır. Siz elə bir yaşa və sosial vəziyyətə çatmısınız ki, hər bir il bütövlükdə böyük, parlaq və zəngin həyatdır və bu gün mən, əziz Heydər Əlirza oğlu, Sizə tükənməz enerji və cansağlığı arzulayıram. Bu, Azərbaycanın bundan sonra da çiçəklənməsi üçün lazımdır, Rusiya-Azərbaycan münasibətlərinin strateji inkişafı və möhkəmlənməsi üçün lazımdır.

Heydər Əlirza oğlu, Sizin böyük nüfuzunuz bizim çoxmillətli Qafqazda sosial-iqtisadi və siyasi tərəfdaşlığın sabitliyinin rəhnidir. Heydər Əlirza oğlu, biz Sizi xatırlayırıq, sevirik, Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq və uğurlar arzulayırıq.

Hörmətlə,

V. A. KAZNAÇEYEV

Stavropol diyarı rektorlar şurasının

sədri, Pyatiqorsk Dövlət Texnologiya

Universitetinin rektoru, professor

Pyatiqorsk, 10 may 2003- cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin