Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

İcazə verin, Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edim.

Sizin həyat yolunuza nəzər saldıqda, ona heyran olmamaq mümkün deyildir. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu ölkəni dərin siyasi və iqtisadi böhrandan çıxara bilən, cəmiyyətin demokratikləşdirilməsinə və bazar iqtisadiyyatının inkişafına yönəldilmiş islahatları apara bilən insan məhz Siz oldunuz. Məhz Sizin sayənizdə Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutmuşdur.

Əzəli Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti ilə tanış olmaq məqsədilə Azərbaycan Respublikasına səfərimiz zamanı Zati-alinizlə, təəssüf ki, görüşmək imkanımız olmadı. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Siz Rumıniya İnsan Hüquqlarını Müdafiə Təşkilatının ən yüksək mükafatı ilə - “Fəxri Diplom”la təltif olunmusunuz. Bakıya səfər zamanı biz onu Zati-alinizə çatdırılmaq üçün Sizin İcra Aparatınızın məsul işçisinə verdik.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və çətin əməyinizdə yeni-yeni uğurlar diləmək istəyirəm.

Dərin hörmətlə,

Florentin Skaletski

Rumıniya İnsan Hüquqlarını Müdafiə

Təşkilatının prezidenti.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin