Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Heydər Əlirza oğlu! 

İcazə verin, anadan olmağınızın 80-ci ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırım.

Bu, Sizin üçün və ailəniz üçün çox əlamətdar bir gündür. İcazə verin, Sizə bildirim ki, ötən yeddi il ərzində Sizinlə hər görüşümdə mənə göstərdiyiniz qayğı və diqqəti çox yüksək qiymətləndirirəm. Qarabağ münaqişəsinin həllinin araşdırılmasında sülh yoluna sədaqətiniz hər kəsə məlumdur və bilirəm ki, bu müddət ərzində Sizin göstərdiyiniz cəsarəti və müdrikliyi Azərbaycan xalqı çox dəyərləndirir, bunun nəticəsində atəşkəsə nail olunmuşdur və o vaxtdan bəri də Siz sülh prosesini davam etdirmək üçün daim çalışırsınız.

Azərbaycan böyük potensiala malik bir ölkədir və parlaq iqtisadi gələcəyə inamla baxa bilər. Çətin anlarda Sizin rəhbərliyinizin belə bir gələcəyə hazırlıq üçün köməyi çox olub və Siz çoxsaylı nailiyyətlərinizlə fəxr edə bilərsiniz.

Bu önəmli ildönümünüzü qeyd edərkən, icazə verin, Sizi ürəkdən bir daha təbrik edim.

Sizə cansağlığı, Qafqaz uzunömürlülüyü diləyir və əlbəttə, özünüzü bütövlüklə həsr etdiyiniz Azərbaycan xalqına xidmətinizdən məmnunluğunuzun bundan sonra da davam etməsini arzulayıram.

Dərin hörmətlə,

Andrey Kasprçuk

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin