Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, bu günlərdə Azərbaycan ictimaiyyətinin geniş şəkildə qeyd etdiyi 80 illik yubileyinizə həsr olunmuş tədbir və konfransları Yaponiyadan diqqətlə izləyirik. Azərbaycandan, eləcə də dünyanın bir çox ölkələrindən ünvanınıza göndərilən təbriklərdəki xoş sözlər və səmimi diləklər Sizin şəxsiyyətinizə və fəaliyyətinizə olan münasibətin təzahürüdür. Xüsusilə, Azərbaycan diasporunun möhkəmlənməsi istiqamətindəki fəaliyyətinizi və ayrıca bir dövlət komitəsi yaradılmasını uzaqgörənlik və bizlərə olan qayğı kimi qiymətləndiririk. 

80 illik yubileyinizlə əlaqədar Sizə ünvanlanan gözəl arzu və diləklərə biz, Yaponiyadakı azərbaycanlılar da qoşulduğumuzu bildirmək istəyirik. Bu yubiley münasibətilə Sizi ürəkdən təbrik edir, Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq.

Hörmətlə,

Rəhman Şahhüseynli – Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təsisçisi və sədri, Nagoya Universitetinin beynəlxalq əməkdaşlıq fakültəsinin tələbəsi

Gürsəl İsmayılzadə - Sofia Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, Tokio şəhəri

Kənan Ələkbərov – Milli İctimai Tədqiqatlar İnstitutunun, ictimai siyasət fakültəsinin tələbəsi, Tokio şəhəri

Famil İsmayılov – Milli İctimai Tədqiqatlar İnstitutunun ictimai siyasət fakültəsi tələbəsi, Tokio şəhəri

Sevinc Məmmədova – Hokkaido Universitetinin hüquq fakültəsinin tələbəsi

Xəqani Məlikov – Yaponiya Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi, Niqata şəhəri

Dinara Ələkbərova – Tokio şəhəri

... və başqaları

7 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin