Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident,

İlk Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 85 illik ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

İkinci Azərbaycan Respublikası ilə bizim əməkdaşlığımız genişlənməkdədir. Terrorizmə qarşı müharibədə Azərbaycan ABŞ-ın güclü müttəfiqidir. Azərbaycan İraqın tərkisilah edilməsi koalisiyasına qoşulan ilk üzvlər sırasında olmuş və İraqda sabitliyin bərqərar olması üçün öz hərbçilərinin oraya göndərilməsini təklif etmişdir. Biz həmçinin Azərbaycanın Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsinə görə də minnətdarıq. Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair işlər irəlilədikcə, bizim enerji və təhlükəsizlik sahəsində əməkdaşlığımız da güclənəcəkdir. Azərbaycanda, Qafqazda və ondan kənarda sülhün, demokratiyanın və firavanlığın bərqərar olması üçün əməkdaşlığımızın genişlənəcəyinə ümid edirəm.

Amerika xalqı adından mən Sizə və Azərbaycan xalqına 2003-cü ildə Respublika günü münasibətilə ən xoş arzularımı çatdırıram.

Səmimiyyətlə,

Corc U.Buş

Amerika Birləşmiş Ştatlarının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin