Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Qarşıdan gələn Respublika günü münasibətilə öz adımdan, hökumətimiz və Pakistan xalqı adından Zati-alilərinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasında uğurla davam edən sıx və səmimi əlaqələr qarşıdan gələn illərdə də əməkdaşlığımızın inkişafına töhfə olacaqdır.

Yaranmış fürsətdən istifadə edərək, Zati-alilərinizə sağlam səhhət, xoşbəxtlik və firavan həyat, habelə qardaş Azərbaycan xalqına əbədi inkişaf və tərəqqi arzulayıram.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etmənizi təkidlə xahiş edirəm.

General Pərviz Müşərrəf

Pakistan İslam Respublikasının Prezidenti

21 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin