Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Sizi və Sizin simanızda qardaş Azərbaycan xalqını əlamətdar tarix – Respublika günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan dövlətinin müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadi islahatların həyata keçirilməsinə və demokratik cəmiyyət qurulmasına yönəldilmiş xəttini Özbəkistanda yüksək qiymətləndirirlər.

Əminəm ki, ölkələrimiz arasında yaranmış dostluq münasibətləri bundan sonra da sürətlə inkişaf edəcək, dövlətlərimizin mövcud potensialından səmərəli istifadə olunması isə Özbəkistan və Azərbaycan xalqlarının daha da tərəqqisinə xidmət edəcəkdir.

Hörmətli Heydər Əlirza oğlu, fürsətdən istifadə edərək, Sizə cansağlığı, uzun ömür, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram.

Səmimiyyətlə,

İslam Kərimov

Özbəkistan Respublikasının Prezidenti

Daşkənd, 27 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin