Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident Əliyev, 

İcazə verin, 1918-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsinin 85-ci ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.

Parlamentlərarası işçi qrupunun həmsədri kimi mən ölkələrimiz arasında belə uğurla inkişaf edən hərtərəfli strateji əməkdaşlıqdan xüsusilə məmnunam. Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə fəal rolu, Kosovo və Əfqanıstandakı sülhməramlı səylərdə iştirakı, “iradə nümayiş etdirən koalisiya”ya üzv olması və İraqın sabitləşməsinə verdiyi dəstək sübut edir ki, Birləşmiş Ştatlarla bu çoxşaxəli tərəfdaşlıq Cənubi Qafqazda və digər yerlərdə sülh, demokratiya və tərəqqiyə töhfə verəcək düşünülmüş seçimdir.

80 yaşınızın tamam olması münasibəti ilə də Sizi təbrik edir, ən xoş arzularla möhkəm çansağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Səmimiyyətlə,

Çet Edvards

ABŞ Konqresinin üzvü

Vaşinqton, 22 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin