Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əs-sələmu aleykum və rəhmətullahi və bərəkatuhu!

Zati-aliləri!

Qardaş Azərbaycan xalqı milli bayramını qeyd etməsi ilə əlaqədar Zati-alilərinizi böyük məmnuniyyətlə Mərakeş xalqı adından və öz adımdan ürəkdən təbrik edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Sizin müdrik rəhbərliyiniz sayəsində qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizə bildirmək istəyirəm ki, mən xalqlarımızı birləşdirən və möhkəm həmrəylik üçün geniş imkanlar yaradan islam həmrəyliyi çərçivəsində olan əlaqələrimizə və dostluğumuza böyük əhəmiyyət verirəm.

Səmimiyyətlə,

VI Məhəmməd

Mərakeşin Kralı

Rabat, 26 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin