Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Azərbaycan Respublikasının milli bayramı – 28 may Respublika günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, bu münasibətlər xalqlarımızın firavanlığı və Cənub-Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında sabitliyin və əmin-amanlığın möhkəmlənməsi naminə bundan sonra da davam etdiriləcək və genişləndiriləcəkdir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə dərin ehtiram bəslədiyimizi bildirirəm və cansağlığı, yüksək dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Georgi Pırvanov

Bolqarıstan Respublikasının Prezidenti

Sofiya, 27 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin