Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Siz Zati-alilərini, Azərbaycan hökümətini və xalqını şəxsən öz adımdan, Şri-Lanka höküməti və xalqı adından təbrik edərək, ən xoş arzularımı və təbriklərimi çatdırıram.

İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə xalqlarımızın mənafeyinə uyğun olaraq daha da inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının xalqına isə inkişaf və səadət arzulayıram.

Hörmətlə,

Şri-Lanka Demokratik Sosialist

Respublikasının Prezidenti

Çandrika Bandaranayka Kumaratunka

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin