Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, 

10-cu beynəlxalq Xəzər neft və qaz sərgisi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Ötən il biz tarixi təkamül, yəni çoxsaylı kəmərlərdən ibarət olan və Azərbaycanı, Gürcüstanı, Qazaxıstanı, Türkiyəni və Rusiyanı özəl sərmayələr vasitəsilə dünya bazarına birləşdirən Şərq-Qərb enerji dəhlizinin yaradılmasının şahidi olmuşuq.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulması, Bakı-Tbilisi-Ceyhan layihəsinə Qazaxıstanın qoşulmasına dair aparılan danışıqlar və “Şahdəniz”dən, Cənubi Qafqaz qaz boru kəmərinin çəkilməsinə özəl sərmayəçilər tərəfindən verilən təsdiq ötən ilin əlamətdar hadisələri sırasına daxildir.

Xəzəryanı regionda əməkdaşlığın, firavanlığın və sabitliyin bərqərar olunmasına töhfəsinə görə biz Azərbaycanın seçdiyi yolu və rəhbərliyini alqışlayırıq.

Səmimiyyətlə,

Corc U.Buş

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin