Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident! 

Siz teatr xadimlərinə həmişə böyük qayğı və diqqətlə yanaşmış, aktyor sənətinə yüksək qiymət vermisiniz. Həmişə bizim vəziyyətimizi düşünmüş və onu normal məcraya salmaq üçün yollar axtarmısınız.

Hörmətli Heydər Əlirza oğlu, bizə göstərdiyiniz böyük qayğı və diqqətə görə Sizə öz təşəkkürümüzü bildirir, respublikamızın müdrik rəhbəri, dövlətçiliyimizin qarantı olan böyük insana Tanrıdan uzun ömür, cansağlığı diləyirik. Xalqımızın mətin mübarizə vüqarı, ağsaqqalı, biz həmişə Sizinləyik. Allah Sizə yar olsun.

Böyük ehtiramla,

Azərbaycan Dövlət Gənc Tamaşaçılar

Teatrının kollektivi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin