Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident!

Sizin 2003-cü ilin aprel ayında Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşünüzdə qarşıya qoyduğunuz vəzifələrə cavab olaraq S.Vurğun adına mədəniyyət sarayının binası əsaslı təmir etdirilir və yaxın günlərdə istifadəyə veriləcəkdir. Bu xeyirxah iş nəinki həmin binada fəaliyyət göstərən kollektivimizin üzvlərinin, həmçinin bütün sumqayıtlıların sevincinə səbəb olmuşdur. Bu qayğı üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli Prezident!

Sizin mədəniyyət və incəsənət işçilərinin əmək haqlarının artırılması haqqında 5 iyun 2003-cü il tarixli Sərəncamınız respublikamızın bütün mədəniyyət və incəsənət işçilərində olduğu kimi, bizim kollektivimizdə də böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Mədəniyyət və incəsənət işçilərinə göstərdiyiniz bu qayğı üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Qarşıdan prezident seçkiləri gəlir. Biz bu seçkilərdə yalnız Sizə səs verəcəyik.

Cənab Prezident!

Allah-təaladan Sizə cansağlığı və uzun ömür arzulayırıq. Respublikamızın gündən-günə çiçəklənməsi naminə görəcəyiniz işlərdə Sizə uğurlar diləyirik.

Allah Sizə yar olsun!

H.Ərəblinski adına Sumqayıt Dövlət

Musiqili Dram Teatrının kollektivi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin