Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Zati-aliləri,

Çox hörmətli İlham Heydəroviç!

Başçılıq etdiyiniz respublikaya səfər zamanı mənə və məni müşayiət edən yol yoldaşlarımın hamısına göstərilən mehribanlığa görə Sizə və bütün Azərbaycan xalqına öz təşəkkürümü bildirməyə ürəkdən şadam.

Cənubi Qafqaza xas olan dostluq və qonaqpərvərliyi özünün bütün dürlülüyü ilə gördük. Xeyir-dualı Azərbaycan torpağı, dörd il əvvəl olduğu kimi, yenə də özünü qonaqlarının əmin-amanlığı qeydinə səmimiyyətlə qalan insanların ölkəsi kimi göstərdi.

Mənə və məni müşayiət edən nümayəndə heyətinin bütün üzvlərinə göstərilmiş qayğıdan, habelə görüşlə və respublikanızda olmaqla bağlı bütün tədbirlərin təşkili və keçirilməsinin yüksək səviyyəsindən son dərəcə mütəəssir oldum.

Çox hörmətli İlham Heydəroviç, Moskvaya qayıtdıqdan sonra mən möhtərəm atanızın başladığı səmərəli siyasəti davam etdirən və onun dövlətə ölçülüb-biçilmiş və müdrik rəhbərliyinin gözəl bəhrələrini artıran insan kimi Sizinlə keçirdiyim vaxtı daimi hörmət hissi ilə xatırlayıram.

Azərbaycan ərazisində yayılmış ənənəvi dinləri, o cümlədən Pravoslavlığa etiqad edən rus diasporunu daim dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Ümidvaram ki, səfərimiz mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə öz töhfəsini verəcək və xalqlarımız arasındakı səmimi dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcəkdir.

Mənə Azərbaycanın “Şöhrət” ordeni kimi yüksək dövlət mükafatı təqdim etdiyinizə görə Sizə xüsusi təşəkkür etmək istərdim.

Zati-alinizə səmimi qəlbdən möhkəm mənəvi və cismani qüvvə, Azərbaycan xalqının rifahı naminə məsul vəzifənizin yerinə yetirilməsində xeyir-dualı uğurlar arzulayıram.

II Aleksi

Moskvanın və bütün Rusiyanın Patriarxı

Moskva, 16 sentyabr 2005-ci il.—

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin