RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “İTOÇU Oyl Eksploreyşn Ko., Ltd” şirkəti adından səmimi qəlbdən təbrik edək. İTOÇU əmindir ki, Zati-aliləriniz bütün bacarığını və səyini Azərbaycan xalqının ümumi rifahının yaxşılaşdırılmasına və ölkənin gələcək inkişafına həsr edəcəkdir.
Biz ümid edirik ki, Yaponiya və Azərbaycan arasında iqtisadi münasibətlər Zati-alilərinizin rəhbərliyi altında daha da güclənəcəkdir. İTOÇU 1996-cı ildə Azərbaycanda AÇG layihəsi ilə başlanan və indi tarixi BTC layihəsini də özündə cəmləşdirən biznes fəaliyyətini məmnuniyyətlə davam etdirəcəkdir. Biz hər iki layihənin həyata keçirilməsində iştirak etdiyimizə görə çox şadıq.
Son olaraq, Zati-alilərinizdən xahiş edirik ki, Azərbaycan xalqı üçün əldə etmiş olduğu nailiyyətləri yüksək qiymətləndirdiyimizi ən xoş arzularımızla bərabər atanıza çatdırasınız. İTOÇU inanır ki, atanız tezliklə tamamilə sağalacaqdır.
Dərin hörmətlə,
Masao Yamazaki
Prezident və İcraçı direktor.