RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə 143 dövlətin, o cümlədən Azərbaycanın turizm sahəsində mənafelərini təmsil edən Dünya Turizm Təşkilatı adından ən səmimi təbrikləri qəbul etməyinizi xahiş edirəm.
Sizə dövlət başçısı vəzifəsində genişmiqyaslı fəaliyyətinizdə Azərbaycanın və onun xalqının rifahı naminə böyük uğurlar arzulayıram.
Ölkənizin olduqca böyük turizm potensialı var və bundan Azərbaycan xalqı, dünya turizm birliyi naminə fəal istifadə etmək lazımdır. Bu potensialın əsasını İpək Yolu üstündə əlverişli mövqedə yerləşən ölkənizin nadir təbiəti və mədəni irsi, onun sakinlərinin qonaqpərvərliyi təşkil edir.
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış idarəsinə çevrilmək işlərini başa çatdırmaqda olan Dünya Turizm Təşkilatı bizim qurumun nüfuzlu həqiqi üzvü olan Azərbaycanda turizmin sabit inkişafı işinə əvvəlkitək maksimum dəstək və kömək göstərəcəkdir.
Zati-aliləri, Sizə ən yüksək hörmət bəslədiyimə əmin ola bilərsiniz.
Françesko Franjialli
Dünya Turizm Təşkilatının baş katibi Madrid,
3 noyabr 2003-cü il.