RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Abxaziyanın mədəniyyət xadimləri və şəxsən mən Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vəfatı haqqında faciəli xəbəri ürəkağrısı ilə eşitdim.
Heydər Əlirza oğlu Əliyev bizim üçün həmişə Gürcüstanın böyük dostu, yüksək mədəniyyətə malik insan, dünya miqyaslı siyasi xadim olaraq qalacaqdır. Heydər Əliyevlə şəxsi görüşlərim, onun Azərbaycan mədəniyyətinin Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına qayğısı unudulmazdır. Onun böyük müdrikliyi bunda - xalqın tərəqqisinin amili kimi mədəniyyətinin inkişafının zəruriliyini başa düşməkdə də özünü büruzə vermişdir.
Heydər Əlirza oğlu Əliyevin nurlu siması qəlbimizdə həmişə yaşayacaqdır.
İcazə verin, şəxsən Sizə, ailənizə, bütün Azərbaycan xalqına səmimi başsağlığımı bildirim və undulmaz Heydər Əlirza oğlu Əliyevin həmişə istədiyi kimi, qardaş xalqlarımızın birləşməsi işinə sədaqətli olacağımıza əmin edim.
Hörmətlə,
Svetlana Ketsba Abxaziya Muxtar Respublikasının
mədəniyyət naziri
Gürcüstan mədəniyyət nazirinin müavini
16 dekabr 2003-cü il.